Azərbaycan dünyanın səkkizinci ən ucuz ölkəsidir

Azərbaycan dünyanın səkkizinci ən ucuz ölkəsidir Numbeo portalı öz ənənəvi reytinqini tərtib edib. Bu sayt öz qənaətində evin dəyəri, məhsullar, geyimlər, kommunal xidmətlər və bir sıra başqa mallar, hansılara ki, qiymətlər yerli sakinlərin cavablarından bəlli olur, əsaslanır. Buna görə də Numbeo-nun reytinqi bu və ya digər şəhərdə və ya ölkədə həyatın real dəyərini maksimal əks etdirir.

Tehsil-press.az bildirir ki, həmin reytinqə görə, Azərbaycan dünyanın yaşamaq üçün ən ucuz ölkələri arasında yer alıb.
Belə ki, Azərbaycan ilk onluqda yalnız Hindistana, Pakistana, Moldovaya, Ukraynaya, Qazaxıstana, Nepala və Tunisə güzəşt edərək 8-ci yeri tutub.
Azərbaycanda bu gün həyatın dəyər indeksi 29,10-a bərabərdir. Bu, dünyada ən aşağı göstəricilərdən biridir. Müqayisə üçün qeyd edək ki, Yer kürəsinin ən bahalı yeri olan Bermud adalarında bu indeks 140,31-ə bərabərdir.
Ən yüksək indeksli 10 ölkə sırasına Bermudla yanaşı İsveçrə, Baham adaları, Norveç, İslandiya, Yaponiya, Sinqapur, Danimarka, Yeni Zelandiya və Lüksemburq da daxil olub.

Azərbaycan dünyanın səkkizinci ən ucuz ölkəsidir

Azərbaycan Asiya regionuna daxil edilib, və orada ən ucuz ölkələrin arasında 5-ci yer tutur.
Manatın məzənnəsinin əhəmiyyətli dərəcədə düşməsindən sonra Azərbaycanda yaşamaq daha ucuz olub, nəinki məsələn, Gürcüstanda (indeks – 31,60) və ya Ermənistanda (33,85). Bizim başqa qonşularımız – Türkiyə, İran və Rusiya isə cədvəldə daha yuxarı yerlərdə qərarlaşıblar.
Əgər ayrı-ayrı malların dəyəri haqda danışsaq, məlum olar ki, Azərbaycan məsələn, geyimə görə dünyanın ən ucuz ölkələrindən biridir.

Azərbaycan dünyanın səkkizinci ən ucuz ölkəsidir

Bizdə bir çox meyvələrin, eləcə də toyuğun, yumurtanın, salatın, ağ çörəyin, pendirin, soğanın və içməli suyun qiyməti başqa ölkələrdə olduğundan xeyli ucuzdur.
Bizim restoranlarımızda su, qaz vurulmuş şirin içkilər və yerli pivə də çox ucuzdur. Amma bütovlükdə Azərbaycanda restorana getmək müqayisədə elə də ucuz deyil: iki nəfər üçün nahar ortabab iaşə müəssisəsində yəxminən 23 dollara başa gəlir. Bu, dünyada 76-cı göstəricidir. Bermud adaları 120 dollarla 1-ci, Nepal isə 7 dollarla sonuncu yerdədir.
Təəssüf ki, Azərbaycan 244 dollarla əmək haqqı ən aşağı olan ölkələr sırasındadır. Bundan aşağı əmək haqqı yalnız dünyanın doqquz ölkəsindədir. Ən az Venesuela vətəndaşları alırlar (31 dollar), ən çox alan isə Bermud adalarının sakinləridir (3951 dollar).

Tehsil-press.az

Oxşar xəbərlər