Vahid Əhmədov Tramp, neft, dollar və Azərbaycan haqda

Vahid Əhmədov Tramp, neft, dollar və Azərbaycan haqda “2017-ci il dünya iqtisadiyyatı üçün uğurlu il olmayacaq”.

Bunu tehsil-press.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, dünya iqtisadiyyatının əsasını neftin qiyməti təşkil edəcək: “Amerika Birləşmiş Ştatlarının yeni dövlət başçısı yanvarın 20-də fəaliyyətə başlayır. Bu o deməkdir ki, Amerika nefti dünya bazarına çıxacaq və neftin qiymətində müəyyən problemlər yaranacaq. Bu problem dünya iqtisadiyyatına təsir edəcək, o cümlədən Amerika valyutası olan dollar bahalaşacaq. Bu bahalaşma isə bütün dünyanın iqtisadiyyatına mənfi təsir edəcək”.
Vahid Əhmədov bu ilin Azərbaycan iqtisadiyyatı üçün də uğurlu olmayacağını deyib: “Azərbaycanda da kadr islahatları aparılması planlaşdırılıb. Bu islahatları aparmaq üçün yeni hökümət formalaşmalıdır. İlin birinci yarısı təlatümlü olsa da, ikinci yarısı üçün müsbət addımlar atılacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər