Suriyada terror aktı törədildi

Suriyada terror aktı törədildi Suriyanın qərbindəki Latakiya əyalətində güclü partlayış olub.

Tehsil-press.az xəbər verir ki, partlayış Cabla şəhərində baş verib.
Yerli media hadisə nəticəsində 25 dinc sakinin, o cümlədən qadın və uşaqların öldüyünü bildirib.
Sakinlərin verdiyi məlumata əsasən, stadion yaxınlığında baş verən partlayışa səbəb içərisinə partlayıcı qurğu yerləşdirilmiş avtomobil olub.
Qeyd edək ki, Latakiya əyalətində Rusiya Hərbi Kosmik Qüvvələrinin istifadə etdiyi Hmeymim aerodromu yerləşir.

Tehsil-press.az

Oxşar xəbərlər