İstanbulda terror aktı nəticəsində həlak olanların sayı 39-a çatdı - YENİLƏNİB

İstanbulda terror aktı nəticəsində həlak olanların sayı 39-a çatdı - YENİLƏNİB 12.12.2016
07:50

İstanbulda baş verən terror aktı nəticəsində həlak olanların sayı 39 nəfərə qədər çatıb.
Bu barədə Tehsil-press.az Hürriyet qəzetinə istinadən məlumat verir.
Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, 155 nəfər xəsarət alıb, onlardan 14-i intensiv terapiya şöbəsində qalır.
Qeyd edək ki, dekabrın 10-da axşam saatlarında İstanbulun mərkəzində yerləşən Vodafone Arena sadionunun çıxışı yaxınlığında iki güclü partlayış baş verib.

-----------------
11.12.2016
13:03

Türkiyənin daxili işlər naziri Süleyman Soylu dekabrın 10-da axşam saatlarında İstanbulun mərkəzində törədilən terror aktı nəticəsində həlak olanların sayının 38-ə çatdığını bildirib.
Tehsil-press.az bildirir ki, bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir.

---------
09:10

"İstanbulun mərkəzi rayonlu Beşiktaşda yerləşən Vodafone Arena sadionunun çıxışı yaxınlığında baş verən iki güclü partlayış nəticəsində 29 nəfər ölüb. Ölənlərin 27-polis əməkdaşı, 2-si isə dinc vətəndaş olub".
Tehsil-press.az-ın verdiyi məlumata görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, 7-si ağır vəziyyətdə olmaqla 166 nəfər yaralanıb.
S.Soylu əlavə edib ki, hadisəylə bağlı 10 şübhəli şəxs saxlanılıb. O qeyd edib ki, partlayışlardan biri uzaqdan idarə olunan bomba yüklü avtomobillə, digəri isə canlı bomba tərəfindən törədilib.

---------
00:23

Bu gecə İstanbulun Dolmabahçe səmtindəki Maçka bölgəsində, "Vodafon Arena" stadionunun yaxınlığında şiddətli partlayış araşdırılır.
Tehsil-press.az bildirir ki, hadisə yerinə yollanmış Türkiyənin DİN başçısı Süleyman Soylunun dediyinə görə, 20-dək yaralı var. Yaralıların hamısı polis əməkdaşlarıdır.
"Vodafon Arena"da oynanan "Beşiktaş"-"Bursaspor" matçının başa çatmasından sonra baş vermiş partlayışın terakt olduğu deyilir. Partlayış bomba yüklü maşının partladılması vasitəsilə gerçəkləşdirilib.
Teraktın hədəfinin çevik polis alayının əməkdaşları olduğu güman edilir.

----------------
10.12.2016
23:57

Türkiyənin İstanbul şəhərində güclü partlayış baş verib.
Tehsil-press.az bildirir ki, bu barədə "Milliyyet" xəbər verib.
Məlumata görə, "Lig TV"nin müxbiri canlı yayımda bir avtomobilin yandığını, silah səsləri eşidildiyini bildirib.
Türkiyənin digər mətbu orqanları isə hadisə yerinə çoxlu sayda polis və təcili yardım maşınlarının cəlb edildiyini xəbər veriblər.
Hələlik hadisənin təfərrüatları açıqlanmır.

Tehsil-press.az

Oxşar xəbərlər