Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan məktəbin direktoru Kəmalə Yusifova 20 Yanvar hadisələri haqqında danışaraq Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib. Ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini, onun banisi olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda olan dövlətimizin müstəqilliyinin qorunub saxlanmasının məsuliyyətinin vacibliyindən bəhs etdi. Məktəbin direktoru şagirdlərə xalqımızın tarixində baş vermiş bütün faciələrin, eyni zamanda 20 yanvar faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasının mühüm olduğunu qeyd etdi.
Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.
Şagirdlərin hazırladığı ədəbi-bədi kompozisiyalar və səhnələr isə tədbirə sanki bir canlanma gətirdi və bir anlıq iştirakçıları həmin dəhşətli gecəyə qaytardı.
Qara Yanvar şəhidlərinin xatirəsinə həsr olunan xüsusi guşələr yaradılıb, şagirdlərin əl işlərindən ibarət sərgi açılıb.
Məktəbin ilk dərsləridə 20 Yanvar hadisələrinə həsr edildi.

Afət Abbasova