ADNSU-da 20 yanvar şəhidlərinin xatirəsi anılıb

ADNSU-da 20 yanvar şəhidlərinin xatirəsi anılıb Yanvarın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, univeristetin professor-müəllim heyətinin iştirak etdiyi tədbir universitetin şəhid olmuş 3 tələbəsinin - Rahim Babayevin, Canpolad Orucovun və Ağabəy Novruzbəylinin barelyefləri önündə başlanıb. Onların vaxtı ilə oxuduqları fakültələrin önündə qoyulan barelyefləri önünə qərənfillər düzülüb şəhidlərin xatirəsi yad edilib.
Şəhidlərin ailə üzvləri və yaxınlarının iştirak etdiyi anım tədbirində çıxış edən rektor, professor M.Babanlı 27 il əvvəl baş verən hadisələrdən danışıb. ADNSU-nun şəhid olan tələbələrinin həmin günlərdə göstərdiyi şücaəti qeyd edən və ali məktəbin onların qəhrəmanlığını daim qürurla xatırladığını vurğulayan rektor M.Babanlı şəhidlərin yaxınlarına və ailə üzvlərinə anım tədbirində iştirak etdiklərinə görə təşəkkürünü bildirib.
“ADNSU-nun şəhid olmuş tələbələri hər zaman bizim qürur yerimiz olub və olacaq da. Nə yaxşı ki, bizim bu cür qəhrəman və igid oğullarımız olub və onlar ən ali zirvəyə ucalıblar. Bu gün biz yaxşı təhsil almaqla və çalışmaqla müstəqilliyimiz üçün canını fəda etmiş şəhidlərin ruhu qarşısında öz borcumuzu yerinə yetirməliyik. Vətənə, millətə xeyir verməklə onların ruhunu şad etməliyik” - deyə rektor M.Babanlı bildirib.
Tədbirdə iştirak edən şəhid yaxınları da öz ürək sözlərini deyib, onların doğmalarına göstərilən bu cür diqqətdən razı qaldıqlarını bildiriblər. Tədbir iştirakçıları 20 yanvar hadisələrini və həmin gün şəhid olan qəhrəman oğulları bir daha yad edib, həmin təqvim gününün Azərbaycanın tarixində matəm izi ilə yanaşı həm də şanlı bir iz qoyduğunu qeyd ediblər. Tədbir iştirakçıları 20 yanvar günü yaşadılqarı anları xatırlayıb və torpaqlarımızın düşməndən azad olunacağı, şəhidlərin qanının yerdə qalmayacağı günün gələcəyinə inandıqlarını bildiblər.

ADNSU-nun Mətbuat Xidməti


ADNSU-da 20 yanvar şəhidlərinin xatirəsi anılıb
ADNSU-da 20 yanvar şəhidlərinin xatirəsi anılıb
ADNSU-da 20 yanvar şəhidlərinin xatirəsi anılıb

Oxşar xəbərlər