Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı korpusunda torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinə həsr olunmuş “Şəhidlərin xatirə guşəsi”nin önündə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş mitinq keçirilib. Rektorluğun, professor-müəllim heyətinin, tələbələrin qatıldığı tədbirdə 20 Yanvar faciəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verənləri yada salıb, Sovet Ordusunun paytaxtda, eyni zamanda bölgələrdə həyata keçirdiyi qətliamdan, günahsız insanların həyatlarını itirməsindən danışıb. Rektor qeyd edib ki, həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazıblar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar.
Gülçöhrə Məmmədova 20 Yanvar faciəsinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini xatırladıb, xalqımızın tarixində baş vermiş bütün faciələrin, eyni zamanda 20 Yanvar faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb, tələbələrə bu işdə fəal olmağı tövsiyə edib.
Rektorun çıxışından sonra tələbələr yaxın keçmişimizin qanlı səhifəsi olan 20 Yanvar faciəsi haqqında fikirlərini paylaşıblar, ölkəmizin müstəqilliyi uğrunda həlak olan şəhidlərin xatirəsini unutmayacaqlarını vurğulayıblar.
Mitinqdən sonra tədbir iştirakçıları “Şəhidlərin xatirə guşəsi”nin önünə tər qərənfil dəstələri qoyublar.

AzMIU-nun Mətbuat Xidməti