Xırdalan şəhəri 26 saylı körpələr evi uşaq bağçasında “20 Yanvar” hadisəsinə həsr edilən tədbir keçirilib

Xırdalan şəhəri 26 saylı körpələr evi uşaq bağçasında “20 Yanvar” hadisəsinə həsr edilən tədbir keçirilib Bu gün Xırdalan şəhərində 26 saylı körpələr evi uşaq bağçasında, 20 yanvar şəhidlərinin 27-ci ildönümünə həsr olunmuş “Şəhidlər ölməz, vətən bölünməz” devizi altında anım tədbiri keçirilib.
Tədbirdə bağçanın müdiri Nigar Səfərova giriş sözlə çıxış edərək bildirib ki, yanvarın 20-də 131 insan öldürülmüşdü. Onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar idi. 744 adam ağır xəsarət almış, 4 nəfər itkin düşmüşdür. 400 nəfər isə həbs edilmişdir. Fövqəladə vəziyyət elan ediləndən sonra 21 nəfər qətlə yetirilmişdir. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda-Neftçala və Lənkəranda 26 nəfər öldürülmüşdü. O dövrdə xalqı meydanlara səsləyənlər qaçıb gizlənəndə xalqın ağır günündə imperiyanın heç bir güc mexanizmindən qorxmayan Ulu öndər Heydər Əliyev ailəsi ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və etiraz səsini yüksəltdi, bu ədalətsizliyi qətiyyətlə pislədi.
Nigar xanım çıxışında bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının milli azadlıq hərəkatına qarşı törədilmiş qanlı cinayətdir. Xalqımızın qan yaddaşına əbədi həkk olunan bu tarix, eyni zamanda, qürur və iftixar günüdür.
Sonra balaca fidanlar faciəyə həsr olunmuş şerlər səsləndiriblər. Əsgər paltarları geyərək vətənin daim keşiyində duracaqlarını bildirən körpələr, maraqlı kampazisiyalar nümayiş etdiriblər. Bağçanın müəllimləri tərəfindən təşkil olunan tədbirin keçirilməsində məqsəd 20 yanvar şəhidlərinin xatirəsini yad etmək, şanlı tarixi uşaqlara bir daha xatırlatmaq olub.
Sonda Xırdalan şəhər 26 saylı körpələr evi uşaq bağçasının azyaşlıları 20 Yanvar faciəsi qurbanlarının xatirəsi naminə Şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndirib.

Afət Abbasova

Oxşar xəbərlər