Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramı çərçivəsində mayın 7-də Qax şəhərində 5 saylı körpələr evi-uşaq bağçası üçün tikilən 100 yerlik bina istifadəyə verilib.
Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şəhərin 28 May küçəsində inşa edilən iki mərtəbəli binanın tikintisinə 2014-cü ildə başlanılıb. Binada 5 qrup otağı, həmçinin idman və musiqi zalları, yeməkxana, tibb və inzibati otaqlar yerləşir. Bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. Binada müasir istilik sistemi quraşdırılıb.
Valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, son illər ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Bildirilib ki, ölkəmizdə uşaqlar daim yüksək qayğı, diqqətlə əhatə olunublar. Azərbaycan cəmiyyəti həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam və gümrah böyümələri üçün layihələr həyata keçirilib.
Vurğulanıb ki, uşaqların təlim-tərbiyə, təhsil alması, Vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşmasında Heydər Əliyev Fondu da böyük işlər görür. Diqqətə çatdırılıb ki, bu gün istifadəyə verilən bu uşaq bağçası da Fondun məktəbəqədər təhsil müəssisələri ilə bağlı proqramı çərçivəsində reallaşıb. Bundan əlavə, Fondun dəstəyi ilə Qax şəhərində 180 yerlik daha bir uşaq bağçasının tikintisi də artıq başa çatıb və cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.
Bildirilib ki, son illər Qax rayonunda 14 uşaq bağçası tikilib və ya əsaslı təmir olunub. Hazırda Ağçay və Turaclı kəndlərində uşaq bağçalarının bina şəraitinin yaxşılaşdırılması üçün iş aparılır.
Mərasimdə uşaq bağçasının müdiri Səbinə Xasıyeva, valideyn Afət Məmmədova, ziyalılar Yaşar Şirinov, Nizami Abdullayev çıxış edərək, ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində gerçəkləşdirilən belə dəyərli hədiyyəyə görə Prezident İlham Əliyevə, eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları bağçada yaradılan şəraitlə tanış olublar. Müasir tələblər səviyyəsində inşa edilən yeni binada uşaqların hərtərəfli inkişafı və sağlam böyüməsi üçün hər cür şərait yaradılıb.
Tehsil-press.az