TARİXDƏ BU GÜN - 24 YANVAR

TARİXDƏ BU GÜN - 24 YANVAR 1945-ci il. Məşhur Azərbaycan sərkərdəsi, qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov (1910-1945) həlak olub. H.Aslanovun komandanlığı ilə Qırmızı Bayraqlı, II dərəcəli Suvorov ordenli 35-ci Şaulyay qvardiya tank briqadası 1945-ci ilin yanvarında Baltik dənizi sahillərinə çıxıb. Tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov yanvarın 24-də Priyekule yaxınlığında, Liyepaya rayonunda kəşfiyyat zamanı ağır yaralanıb və bir neçə saat sonra vəfat edib. İki Lenin ordeni, üç “Qırmızı Bayraq” ordeni, II dərəcəli Suvorov ordeni, “Aleksandr Nevski” ordeni, I dərəcəli Vətən müharibəsi ordeni, iki “Qızıl Ulduz” ordeni və medallarla təltif edilib. Həzi Aslanov Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
TARİXDƏ BU GÜN - 24 YANVAR
1946-cı il. BMT Baş Məclisi “Atom enerjisinin kəşfi ilə əlaqədar yaranan problemləri nəzərdən keçirmək üçün komissiyanın təsis edilməsi” haqqında ilk qətnaməsini qəbul edib.
TARİXDƏ BU GÜN - 24 YANVAR
1924-cü il. Fransanın Şamoni şəhərində I Qış Olimpiya Oyunları başlanıb.
TARİXDƏ BU GÜN - 24 YANVAR
1931-ci il. Moskvada “Romen” Musiqili-Dram Teatrının əsası qoyulub. Bu teatr hazırda dünyada fəaliyyət göstərən ən qocaman qaraçı teatrıdır. Əvvəllər tamaşalar yalnız qaraçı dilində oynanılırdı, 1940-cı ildən rus dilində də təqdim edilir.
TARİXDƏ BU GÜN - 24 YANVAR
1776-cı il. Alman yazıçısı, bəstəkar, rəssam Ernst Teodor Vilhelm Amadey Hofman (1776-1822) anadan olub. Sonralar o, üçüncü adı Vilhelmi dahi bəstəkar Volfqanq Amadey Mosart şərəfinə Amadey adı ilə əvəzləyib. Yazıçıya “Pişik Murrun həyat baxışları” romanı, “Qızıl küp” nağılı, “Sinnober ləqəbli balaca Saxes” hekayəsi dünya şöhrəti gətirib. Hofmanın “Birələr hökmdarı” əsəri Prussiya hökuməti ilə münaqişəyə gətirib çıxarıb. Romanın ifşaedici hissələri çıxarılıb və yalnız 1906-cı ildə çap edilib.
TARİXDƏ BU GÜN - 24 YANVAR
1922-ci il. ABŞ-ın Onava şəhərciyindən (Ayova ştatı) olan Kristian Nelson “Eskimo” dondurması üçün patent alıb. O vaxtdan yanvarın 24-ü Beynəlxalq Eskimo Günü kimi qeyd edilir. “Eskimo” sözü fransız mənşəlidir. Fransada eskimosların geyiminə bənzəyən uşaq kombinezonlarını eskimo adlandırırdılar. Buna görə də şokoladdan ibarət “kombinezon” “geyindirilmiş” dondurmaya da “Eskimo” adı verilib.

Tehsil-press.az

Oxşar xəbərlər