Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda keçirilən dərslər davam edir.
“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin təşkil edilməsinin əsas məqsədi Ulu Öndərin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində Ümummilli Liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasıdır.
Dahi lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edən dərsləri əvvəlcədən müəyyənləşdirilmiş müəllimlər tədris edirlər.
Dərslərdə ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində müstəsna rol oynadığı barədə məruzələr dinlənilir. “Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi”, “Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı”, “Ulu öndər Heydər Əliyev və milli-mədəni irsimiz” və digər mövzulardakı məruzələrdə Ümummilli Liderin zəngin irsinin dərindən və hərtərəfli öyrənilməsinin böyük əhəmiyyətə malik olduğu vurğulanır.
Məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından böyük əhəmiyyət daşıyan bu dərslər şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmalarına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmalarına xidmət edir.
Paytaxtın 12 inzibati rayonu üzrə tam orta məktəblərdə keçirilən dərslər mayadək davam edəcək.

BŞTİ-nin Mətbuat Xidməti