Aygün Kazımova və Rəhim Rəhimlidən payızın ilk konserti

Aygün Kazımova və Rəhim Rəhimlidən payızın ilk konserti Xalq artisti Aygün Kazımova və Rəhim Rəhimli sözlərinə əməl edib uğurla keçən “Şou Aygün Rəhimli” adlı konsertlərini davam etdirir.

Tehsil-press.az-ın məlumatına görə, bu dəfə Aygün Kazımova və Rəhim Rəhimli Qurban bayramı münasibətilə sevənləri üçün konsert təşkil edir.
Konsert sentyabr ayının 11-i Şamaxı şəhərində yerləşən “Şamaxı Palace”da baş tutacaq. Möhtəşəm şou saat 21:00-da başlayacaq.
Yayın ən unudulmaz şousuna imza atan ifaçılar bu dəfə payızın ilk konsertini təqdim edəcək.
Əvvəlki şoudan fərqli olaraq bu dəfə təqdim olunan konsert daha işıqlı, daha səs-küylü və daha dinamik olacaq.


Tehsil-press.az

Oxşar xəbərlər