TARİXDƏ BU GÜN - 29 YANVAR

TARİXDƏ BU GÜN - 29 YANVAR 2015-ci il. “Şahdağ” qış-yay turizm kompleksinin 1 nömrəli kanat yolu və xizək enişi açılıb. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Kanat yollarının çəkilişi qış turizm kompleksinin əsas infrastrukturlarından sayılır və bu işi böyük təcrübəsi olan Avstriya şirkəti həyata keçirib.
TARİXDƏ BU GÜN - 29 YANVAR
2007-ci il. Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının "Ana, uşaq və ailə sağlamlığının qorunmasında və möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə" mükafatına layiq görülüb. Mehriban xanım Əliyeva yanvarın 29-da təşkilatın 120-ci sessiyasının yekdil qərarına əsasən bu mükafatla təltif olunub
TARİXDƏ BU GÜN - 29 YANVAR
1925-ci il. Azərbaycanlı futbol hakimi Tofiq Bəhramov anadan olub (1925-1993). O, 1966-cı ildə dünya çempionatında İngiltərə və Almaniya komandaları arasında keçirilən final oyununda yan xətt hakimi kimi verdiyi qərarla tarixə düşüb. Oyunun əsas vaxtı heç-heçə (2:2) başa çatmışdı. Qalibi müəyyənləşdirmək üçün 30 dəqiqə əlavə olundu. 110-cu dəqiqədə ingilislərin hücumçusu Ceff Herstun zərbəsi ilə top qapı dirəyinə dəyərək yerə düşür. Oyunun baş hakimi, isveçrəli Qottfrid Dinst topun uçuş trayektoriyasını görmədiyindən yan xətt köməkçisinin fikrini soruşur. T.Bəhramov əminliklə meydanın mərkəzini göstərir. 2016-cı ildə Britaniyanın "Sky Sports" telekanalında T.Bəhramovun verdiyi həmin qərar növbəti dəfə müzakirəyə çıxarılır. Müasir texnologiya ilə aparılan araşdırma azərbaycanlı hakimin öz qərarında haqlı olduğunu sübuta yetirir.
TARİXDƏ BU GÜN - 29 YANVAR
1927-ci il. Azərbaycanın milli balet sənətinin görkəmli nümayəndələrindən olan Leyla Vəkilovanın doğum günü (1927-1999). Leyla Vəkilova klassik dünyəvi balet elementləri ilə milli rəqslərimizin hərəkət zərifliyini ustalıqla birləşdirə bilmişdi. Yüksək səhnə mədəniyyətinə və ifa texnikasına malik olan L.Vəkilova Azərbaycan milli balet sənətinin tərəqqisində və təkamülündə, beynəlxalq aləmdə tanınmasında göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının Xalq Artisti və SSRİ Xalq Artisti fəxri adları ilə təltif edilib.
TARİXDƏ BU GÜN - 29 YANVAR
1886-cı il. Alman mühəndis Karl Benz ilk motorlu nəqliyyat vasitəsini nümayiş etdirib. Düzəltdiyi ilk motorun patentini 1879-cu ildə alıb. 1885-ci ildə isə satış məqsədilə istehsal olunan və benzin motoru ilə işləyən ilk avtomobilin - Motorvagenin istehsalını başa çatdırıb. O, “Benz” şirkətinin yaradıcısıdır. Sonradan bu şirkətin əsasında “Daimler-Benz”, “Mercedes-Benz” və “Daimler-Chrysler” şirkətləri yaranıb.

Oxşar xəbərlər