Vergilər Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə vergi orqanlarında işə qəbulla bağlı test imtahanı keçirib.
Qurumun Media və Kommunikasiya Mərkəzindən Tehsil-press.az-a verilən məlumata görə, Vergilər Nazirliyi tərəfindən ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində vakant vəzifələrə işə qəbul üzrə növbəti müsabiqə elan edilib.
Müsabiqəyə sənəd qəbulu 5 yanvar 2017-ci il tarixdən 18 yanvar 2017-ci il tarixədək elektron ərizə formasında aparılıb. Müsabiqə elanı KİV-də, o cümlədən Vergilər Nazirliyinin rəsmi internet saytında, habelə “Facebook” və digər sosial səhifələrdə yerləşdirilərək ictimaiyyətə açıq elan edilib. Elanda sənəd qəbulu, müsabiqənin keçirilməsi şərtləri və qaydaları barədə ətraflı məlumat öz əksini tapıb. Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmağına imkan yaratmaq məqsədi ilə test imtahanında istifadə olunan sualların tərtib edildiyi ədəbiyyat siyahısı Nazirliyin internet saytı vasitəsi ilə namizədlərə çatdırılıb.
Müsabiqədə iştirakla bağlı 3531 nəfər vətəndaş müraciət edib, onlardan vakant vəzifələrin tələblərinə uyğun olan 2889 nəfəri namizəd qismində müsabiqədə iştiraka buraxılıb. İndiyədək keçirilmiş müsabiqələr sırasında ən çox müraciət edənlərin sayı məhz bu müsabiqədədir.
Müsabiqənin test imtahanı və müsahibə olmaqla iki mərhələdən ibarət keçirilməsi nəzərdə tutulub. Qanunvericiliyə uyğun olaraq, test imtahanında uğur qazanmış namizədlər müsahibənin ikinci mərhələsinə – müsahibəyə buraxılırlar. Müsahibələrdə namizədlərin ümumi dünyagörüşü, onların müvafiq sahədə bilikləri və onları tətbiq etmək bacarıqları yoxlanılır. Müsahibələrdə şəffaflığın təmin edilməsi üçün müsahibə kollegial şəkildə – Müsabiqə Komissiyası tərəfindən aparılır, müsahibələrdə audio-video çəkilişdən istifadə edilir. Müsahibənin nəticələri Nazirliyin internet saytı vasitəsi ilə ictimaiyyətə açıqlanır.
Müsahibədə uğur qazanan namizədlər dövlət vergi orqanlarının ehtiyat kadrlar siyahısına daxil ediləcək və onların vakant vəzifələrə təyinatı üzrə müvafiq tədbirlər görüləcəkdir. İmtahanın nəticələri Nazirliyin internet saytı vasitəsi ilə ictimaiyyətə açıq elan ediləcək.
Qeyd edək ki, Vergilər Nazirliyi insan resurslarının idarə edilməsi sahəsində qabaqcıl təcrübəni və yenilikləri tətbiq edən dövlət orqanlarındandır. Belə ki, 2005-ci ildən dövlət vergi orqanlarına işə qəbul müsabiqə əsasında həyata keçirilir. İndiyədək keçirilən 10 müsabiqədə 1300 nəfər uğur qazanıb, onlardan 1200-ü vergi orqanlarında artıq işlə təmin edilib. Bu isə hazırda vergi orqanlarında çalışanların yarısından çoxunu təşkil edir.
Qeyd edilən əməkdaşların bir qismi artıq vergi orqanlarında daha yuxarı vəzifələrdə çalışırlar.
Tehsil-press.az