Azərbaycan Xəzəryanı qonşu ölkələri də müasir gəmilərlə təmin edə bilər.
Tehsil-press.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda yekun nitqində deyib.
Dövlətimizin başçısı bildirib ki, “Azəravtoyol” bu il şəhərlərarası yollarla, eyni zamanda, magistral yollarla bağlı öz layihələrini icra edəcək:
"Bununla bərabər, 40 kənd yolu layihəsi də icra edilməlidir. Bu layihələrin icrası yüzlərlə kəndin yol təsərrüfatını yaxşılaşdıracaq və əlbəttə ki, həm insanlara rahatlıq verəcək, eyni zamanda, iqtisadi inkişaf üçün də bunun böyük müsbət təsiri olacaq. Keçən il də kənd yolları layihələri uğurla icra edilmişdir. Bu il bu proses davam etdiriləcək. Əminəm ki, yaxın gələcəkdə bir dənə də olsun təmirsiz kənd yolu qalmayacaq".
İlham Əliyev əlavə edib ki, nəqliyyatla bağlı digər məsələ isə Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin davam etdirilməsidir:
"Bu il bu layihənin birinci mərhələsi başa çatmalıdır. Dövlət investisiya proqramında bunun üçün kifayət qədər vəsait nəzərdə tutulub. Digər nəqliyyat layihələrinin icrası da davam edir. Azərbaycan öz üzərinə düşən vəzifələri icra edibdir, istər Bakı-Tbilisi-Qars, istər Şimal-Cənub layihələri ilə bağlı. İndi isə bizim qonşu tərəfdaş ölkələrdə aparılacaq işlər nəticəsində bu layihələr ərsəyə gələcək.
Əlbəttə, biz öz üzərimizə düşən bütün vəzifələri tez bir zamanda artıqlaması ilə icra etmişik və bütün lazımi infrastruktur var. Bundan əlavə, bir neçə il əvvəl Bakıda tikilmiş gəmiqayırma zavodunun fəaliyyəti nəticəsində biz öz donanmamızı da yeniləşdiririk. Eyni zamanda, biz təkcə özümüzü yox, Xəzəryanı qonşu ölkələri də müasir gəmilərlə təmin edə bilərik".
Tehsil-press.az