Məişət zorakılığı ilə bağlı onlayn məlumat sistemi yaradılır

Məişət zorakılığı ilə bağlı onlayn məlumat sistemi yaradılır Azərbaycanda məişət zorakılığı ilə bağlı onlayn məlumat sistemi yaradılır.

Bunu Tehsil-press.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
Onun sözlərinə görə, onlayn məlumat sisteminin yaradılması işləri BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilən layihə çərçivəsində aparılır: “Həmin layihə çərçivəsində artıq ekspertlər seçilib. Bu il ərzində bu onlayn sistem yaradılacaq və fəaliyyətə başlayacaq”.
E.Səfərov qeyd edib ki, həftənin 7 günü ərzində 24 saat fəaliyyət göstərən “Qaynar xətt”in yaradılması da nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər