Azərbaycanda zorakılıq qurbanlarına yardımların göstərilməsi üçün dövlət yardım mərkəzləri yaradılmalıdır. Bunu Tehsil-press.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
Onun sözlərinə görə, qanunvericiliyə əsasən, zorakılıq qurbanlarına yardımların göstərilməsi üçün dövlət və qeyri-dövlət yardım mərkəzləri fəaliyyət göstərməlidir. T.İbrahimova qeyd edib ki, hazırda Azərbaycanda dövlət yardım mərkəzləri olmasa da, qeyri-dövlət yardım mərkəzləri fəaliyyət göstərir. Sadəcə olaraq, bu gün onların potensialının gücləndirilməsinə çox böyük ehtiyac var: "Mühafizə orderi aldıqdan sonra da zorakılıq qurbanı olan şəxslə zorakılıq törədən şəxs birlikdə yaşaya bilərlər və yaşayırlar da. Əgər doğrudan da zorakılıq qurbanının həyatı üçün təhlükə varsa, onun yenidən zorakılıq törədən şəxsin olduğu həmin yerə qayıtması düzgün olmazdı. Elə ona görə də yardım mərkəzləri, sığınacaqlar olmalıdır ki, zorakılıq törədən şəxslər o sığınacaqlara yerləşdirilsin. Təəssüflər olsun ki, bu gün Azərbaycanda hələ ki, sığınacaqlar yaradılmayıb".
T.İbrahimov deyib ki, zorakılıq hallarını azaltmaq üçün ilk növbədə zorakılığın qurbanları olan ailələrdə profilaktik işlər gücləndirilməlidir: "Profilaktik işlər aparılmasa, həmin ailədəki problemdən də xəbərsiz qalacağıq, heç bir tədbir də görülməyəcək. Əslində, bələdiyyələrin, icra hakimiyyəti orqanlarının öz ərazisindəki problemli ailələrdən xəbəri olur. Sadəcə, müvafiq qaydada profilaktik işlər aparılsa, nə ölüm, nə də intihar halları olardı. Bunların hamısı vaxtında qabaqlayıcı tədbirlərin görülməsindən çox asılıdır".
O, qeyd edib ki, bu gün "Məişət zorakılığı haqqında" qanunun tətbiqində özünü göstərən əsas boşluqlardan biri də zorakılıqlara məruz qalan insanların hüquqlarının bərpası, onlara lazımi sosial xidmətlərin göstərilməsi ilə bağlıdır. Komitənin şöbə müdiri əlavə edib ki, bu gün zorakılıq qurbanlarına bütün xidmətlər pulsuz göstərilməlidir. O, hesab edir ki, zorakılıq qurbanlarının məşğulluğu, sosial yardımların təyin edilməsi, uşaqlarının təhsilinin təşkili üzrə bütün məsələlərlə bağlı dövlət orqanlarının əlaqəli şəkildə fəaliyyətində boşluqlar var.
T.İbrahimova bildirib ki, bu boşluqların aradan qaldırılması üçün komitənin təşəbbüsü ilə yerlərdə monitorinq qrupları yaradılıb: "Əsas məqsəd zorakılıq qurbanlarının məlumatlılığının artırılmasıdır. Son vaxtlar KİV-lərdə ailələrdə intihar hallarının olması ilə bağlı məlumatlar oxuyuruq. Hər bir halla bağlı həmin ailələrə baş çəkilməli, ailənin ehtiyacları ödənilməli, problemləri öz həllini tapmalıdır".
"Məişət zorakılığı haqqında" qanunun tətbiqində boşluqların yaranması səbəblərini də açıqlayan T.İbrahimova əlavə edib ki, qanun qəbul edilənə qədər bir çox hallarda ailədəki problem elə ailə daxilində qalırdı: "Bu məsələlərin ictimailəşməsi, zorakılıq qurbanı olan şəxsin faktla bağlı aidiyyəti orqana məlumat verməsi qınağa səbəb olurdu. Əslində, bu, mentalitetdən irəli gələn bir məsələdir və bu günə qədər də mövcuddur. Hətta dövlət orqanlarının əməkdaşlarında da daxilən belə bir yanaşma var ki, ailə məsələsidirsə, ailə özü bunu həll etməlidir. Əslində, biz bu yanaşmaya son qoymalıyıq".
Qeyd edək ki, 2015-ci ildə qadınlara qarşı zorakılıqla bağlı baş vermiş cinayət hadisələrinin sayı 2248 olub.
tehsil-press.az