Bakıda ağır qəza - Ölən var

Bakıda ağır qəza - Ölən var Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Tehsil-press.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, paytaxtın Qaradağ rayonunda avtomobil yolunda “Lada” markalı minik avtomobili “Volvo” markalı yük avtomobili ilə toqquşub.
Hadisə yerinə nazirliyin xilasediciləri cəlb olunub. Qəza nəticəsində “Lada” markalı avtomobilin sürücüsü 1972-ci il təvəllüdlü Abbasov Faiq İsaq oğlu dünyasını dəyişib. Xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Tehsil-press.az

Oxşar xəbərlər