Bu gün Azərbaycanın rayonlarında azı 5 nəfərin həlak olması ilə nəticələnən iki avtomobil qəzası baş verib.
Tehsil-press.az xəbər verir ki, Yevlaxda biri Qarabağ müharibəsi əlili olmaqla, 2 nəfər yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.
Hadisə Yevlax-Xaldan yolunda baş verib. Ağdam rayon sakini Şükürov Elgiz Baxşeyiş oğlunun idarə etdiyi “Tavria” markalı 02 BJ 125 dövlət nömrə nişanlı minik avtomobili “KamAZ markalı yük maşını ilə toqquşub. Nəticədə sürücü E. Şükürov və yanında olan sərnişin ölüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Aran Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış “Oka” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış vətəndaşın cəsədini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bərdədə isə 3 nəfərin ölümü və 1 nəfərin yaralanmasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib. Hadisənin rayonun Qılınclı kəndi ərazisində baş verdiyi bildirilir. Bərdə rayon Hızırlı kənd sakini, 1961-ci il təvəllüdlü Kərimov Yəhya İsgəndər oğlunun idarə etdiyi “99 HM 703” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil su kanalına düşüb. Nəticədə, sürücünün özü və sərnişinləri – 1984-cü il təvəllüdlü Yusifli Bəxtiyar Ədalət oğlu və 1952-ci il təvəllüdlü Məmmədov Dilgəm Məhəmməd oğlu hadisə yerində ölüb. Sərnişinlərdən Hüseynov Sahib Adil oğlu müxtəlif bədən xəsarətləri alıb.
Tehsil-press.az