Polislərə hücum, 8-i öldü

Polislərə hücum, 8-i öldü Hindistanda polislərə hücum edilib.

Tehsil-press.az xəbər verir ki, insident Andaxra-Pradeş ştatı ərazisində baş verib. Belə ki, təlimə gedən polislərin olduğu mikroavtobus əldəqayırma partlayıcının quraşdırıldığı yerdən keçib. Partlayış nəticəsində 8 polis əməkdaşı dünyasını dəyişib. Bildirilir ki, hücum maoistlər tərəfindən təşkil edilib.
Qeyd edək ki, maoist adlanan yaraqlı dəstə ölkənin bir sıra ştatlarında aktiv fəaliyyət göstər. Cəngəllikdə gizlənən döyüşçülər partizan müharibəsi aparır, yaşayış məntəqələrinə basqın edərək, hakimiyyət nümayəndələrinə qarşı hücumlar təşkil edirlər.

Tehsil-press.az

Oxşar xəbərlər