Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Hindistanın Azərbaycandakı səfiri cənab Sancay Rana ilə görüşüb.
Qonağı salamlayaraq rektor Elmar Qasımov səfiri rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnunluq ifadə etdi və ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb. Rektor Ali Məktəbin tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən davamlı islahatlar və yeniliklər, professor-müəllim heyətinin, tələbələrin uğurlarından söz açıb. Rektor BANM-in fəaliyyətində beynəlxalq əlaqələrin xüsusi yer tutduğunu və bu Ali Məktəbin yarandığı gündən dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb.
Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıqdan söz açan rektor gələcəkdə Hindistan universitetləri ilə qarşılıqlı əlaqələrin qurulmasının mümknülüyünü dilə gətirib. Rektor yaxın vaxtlarda Ali Məktəbdə “Hindistan neftinin atası” sayılan azərbaycanlı neftçi-alim Eyyub Tağıyevə həsr olunmuş tədbirin keçirilməsi təklifini irəli sürüb. O, səfiri öz ölkəsi ilə bağlı təqdimatla çıxış etmək üçün yenidən Ali Məktəbə dəvət edib.
Hindistanın Azərbaycandakı səfiri cənab Sancay Rana rektor Elmar Qasımova səmimi qəbula görə öz təşəkkürünü bildirdi. Səfir rektorun təkliflərini yüksək dəyərləndirdiyini deyərək razılıq verib. Hindistan ilə Azərbaycan arasında əlaqələrin inkişafından söz açan səfir əməkdaşlığın bir sıra istiqamətlərdə, xüsusilə təhsil sahəsində inkişafının əhəmiyyətini vurğulayıb. Səfir Hindistanın neft-qaz şirkətlərinin Azərbaycandakı fəaliyyətindən də söz açdı. BANM-in qısa zaman ərzində əldə etdiyi nailiyyətlərdən məmnun qaldığını və bu Ali Məktəblə öz ölkəsinin ali təhsil müəssisələrinin gələcək əməkdaşlığına dəstək verməyə hazır olduğunu deyib.
Görüşdə, həmçinin qarşılıqlı əməkdaşlıq, xüsusilə bir neçə hindistanlı tələbənin BANM-də Ali Məktəbin təqaüdü hesabına təhsili və digər məsələlər müzakirə olunub.

BANM-nin Mətbuat Xidməti