Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri bu yay keçiriləcək Bakı Şəhər Halqasına maraqlı dəstək nümaiş etdiriblər. Tələbələr robot maşınlarla Universitetin həyətində hazırlanan “Formula1” stendinin üzərində yarış keçirib.
AzTU-nun Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzinin (GVİİM) və “Red Bull” şirkətinin təşkilatçılığı ilə reallaşan “Red Bull Racing Can” yarışmasında 16 komanda iştirak edib. Yarışmada “Formula1” stendi üzərinə çıxarılan robot avtomobilləri tələbələr özləri hazırlayıb.
Yarışda qalib gələn tələbələr mayın 19-da Dənizkənarı Milli Parkda təşkil olunacaq “Red Bull Racing Can”in final mərhələsinə vəsiqə qazanıblar.
Qeyd edək ki, layihəyə Azərbaycan Texniki Universitetinin tələbələri ilə yanaşı digər universitetlərin tələbələri də iştirak ediblər.

AzTu-nun Mətbuat Şöbəsi