Putinlə Merkel Çində iki saata yaxın nədən danışıblar?

Putinlə Merkel Çində iki saata yaxın nədən danışıblar? Çində keçirilən “G-20” sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında görüş olub.

Reuters agentliyinin verdiyi xəbərə görə, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffan Zaybert bildirib.
“Danışıqlar zamanı tərəflər Ukrayna üzrə Minsk razılaşmalarının yerinə yetirilməsi məsələsi və Suriyanın Hələb şəhərində yaranan vəziyyəti müzakirə ediblər. Görüş iki saatadək davam edib”, - deyə Ş.Zaybert qeyd edib. Rusiya prezidenti Çində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daxil olmaqla, bir sıra ikitərəfli görüşlər keçirib.


Tehsil-press.az

Oxşar xəbərlər