ABŞ-ın tədqiqatçıları süni intellekt sistemləri üçün yeni model hazırlayıblar

ABŞ-ın tədqiqatçıları süni intellekt sistemləri üçün yeni model hazırlayıblar ABŞ-ın Şimal-Qərb Universitetinin tədqiqatçılar qrupu süni intellekt sistemləri üçün orta insan səviyyəsini üstələyən yeni model hazırlayıblar. Bu model daha mürəkkəb sistemlərin yaradılması istiqamətində əhəmiyyətli addımdır.

Tehsil-press.az xəbər verir ki, yeni hesablama modeli Ken Forbus laboratoriyasının mütəxəssisləri tərəfindən hazırlanmış “CogSketch” süni intellekt sistemləri platformasına əsaslanıb. Bu platforma sadə eskizlər şəklində təqdim edilmiş vizual informasiyanı belə real əşya və hadisələrlə əlaqələndirməklə tanımaq qabiliyyətinə malikdir.
K.Forbus deyib: “Yeni süni intellekt sistemlərinin əksəriyyəti bizi əhatə edən aləmi tanıma və onu identifikasiya etməyə istiqamətlənib. Lakin tanıma və identifikasiya obyektlər əsaslandırıldıqda daha faydalıdır”. Buna görə də, süni intellekt sistemlərinin növbəti nəsli gördükləri barədə fikir irəli sürmək imkanına malik olmalıdır. Yalnız o zaman süni intellekt ən yüksək intellekt səviyyəsinə malik insanları gerid9ə qoya biləcək.

Tehsil-press.az

Oxşar xəbərlər