
Təhsil-press.az-ın verdiyi məlumata görə, bu barədə "Bloomberg" agentliyi xəbər yayıb.
Məlumatda deyilir ki, geri çağırma yanacaq sistemindəki nasazlıqla ilə bağlıdır. Bu nasazlıq səbəbindən avtomobil alışıb yana bilər. Hazırda nasazlıq üzündən xəsarət alanlar barədə şirkətin məlumatı yoxdur.
Geri çağırış "Aventadors" və "Veneno" modelləri aiddir. Şirkət bütün tarixi ərzində yalnız 12 "Veneno" superkarı buraxıb və onların qiyməti 4 milyon dollardan başlayır.
Qeyd edək ki, "Lamborghini" şirkəti 1963-ci ildə yaradılıb. O, "Volkswagen" konserninin tərkibinə daxildir.
Təhsil-press.az