Avtomobilin tavanı cəmi 17 saniyəyə açılır.
Mayın 5-də Parlament prospekti 4 ünvanında yerləşən “Lamborghini Baku” mərkəzində yeni “Lamborghini Huracan LP 610-4 Spyder”in təqdimat mərasimi keçirilib.
“Lamborghini”nin Azərbaycandakı rəsmi distribüteri “Avtolux-Azerbaijan LLC” şirkəti tərəfindən təşkil olunan tədbirdə tanınmış simalar, media nümayəndələri və “Lamborghini” markasının pərəstişkarları toplaşmışdırlar. Tədbirdə çıxış edən “Avtolux-Azerbaijan LLC” şirkətinin baş direktoru İbrahim Əhmədov ilkin olaraq “Lamborghini Huracan Spyder” avtomobili haqqında ümumi məlumat verib.
O qeyd edib ki, yeni “Lamborghini Huracan Spyder”, “Lamborghini”nin ən populyar, ən çox satılan “Gallardo” modelin davamçısıdır:
“Huracan hekayəsində növbəti bir fəsildir və “Lamborghini”nin açıq havada sürmək ənənəsini davam etdirir. Yeni “Huracan Spyder” ilhamverici texnologiya, möhtəşəm keyfiyyət və misli-bərabəri olmayan istismar göstəricilərini nümayiş etdirir.
Ümid edirəm ki, bu avtomobil dinamikasına, rahatlığına, çevikliyinə görə bəyəniləcək. Əvvəlki “Spyder” modellərindən fərqli olaraq “Huracan Spyder”in müştəriləri üçün üç rəngdə tavan seçimi var”.
Daha sonra “Lamborghini Baku” mərkəzinin brend meneceri Tural Khanjigazov yeni “Lamborghini Huracan LP 610-4 Spyder”in texniki xüsusiyyətləri ilə bağlı ətraflı məlumat verib. O bildirib ki, lüks rahatlıq xalis və dinamik dizayn ilə birlikdə “Huracan”ın dəyişən versiyasının öz hüququ ilə “Lamborghini”nin simvolu sayılır:
“Yeni Huracan Spyder” 5.2l V10 mühərriki 449 kW / 610 at gücü istehsal edir. Avtomobil 3.4 saniyəyə 0-dan 100 km/s (62 m/s) sürət yığır və maksimal sürəti isə 324 km/s (201 m/s) çatır.
“Huracan Spyder Lamborghini”nin xarakterstik dizayn dilinin ən son təkamülünü nümayiş etdirir. Dam üç müxtəlif rəngdə verilir: qara, qəhvəyi və qırmızı. Hətta damı yuxarı olanda belə, “Spyder”in xətləri kupeninkindən əhəmiyyətli dərəcədə fərqlənir. Uzunluğu 4.46 metr (175.59 dyüm) və eni 1.92 metr (75.59 dyüm) ilə “Lamborghini Huracán Spyder” yalnız 1.18 metr (46.46 dyüm) hündürlüyə malikdir.
Yeni elektrodinamik, yüngülçəkili yumşaq üst 50 km/s (31 m/s) sürmə sürətinə sadəcə 17 saniyədə mərkəzi tuneldə yerləşən düymə vasitəsilə açılır.
“Huracán Spyder LP 610-4”in hibrid şassisləri sərnişinin yerində geniş karbon lifli elementlər ilə ön və arxanı alüminyum komponentlər ilə kombinə edir. Xarici örtük alüminyumdan düzəlib. Yeni “Spyder” sadəcə 1.542 kq (3.399 funt) quru çəkisi ilə öyünə bilər və bu da ona 2.53 kq (5.57 funt) güc-çəkiyə nisbətini verir.
Avtomobil “Lamborghini Doppia Frizione” (LDF) 7 sürətli iki müftalı sürətlər qutusu ildırım sürəti ilə dəyişir. Transmissiyanın əsasını hidravlik çoxdiskli mufta təşkil edir”.
Tural Khanjigazov qeyd edib ki, avtomobilin yanacaq sərfiyyatı 100 km-ə şəhərdə 17.5 litr, trasda 9.2 litr təşkil edir.
“Standard quraşdırılmış karbon-keramik əyləc sistemi “Huracán Spyder”ə olduqca güclü və etibarlı sürət almanı təmin edir. Üç müxtəlif proqram “Strada”, “Sport” və “Corsa” mühərrik, səs, transmissiya, bütün təkərlərin aparıcı olması və ESC işlətmə sisteminin xarakteristikalarına təsir edir.
Yeni avtomobilin qiyməti komplekatasiyasından asılı olaraq 275 00 avro çivarında fərqlənir”. Brend menecer bildirib ki, “Lamborghini Baku” mərkəzində alınan avtomobillərə üç il istehsalat zəmanəti verilir. Servis haqqında məlumat verən Tural Khanjigazov vurğulayıb ki, “Lamborghini” mərkəzi regionda yeganə olaraq Azərbaycanda mövcuddur, üstəlik regionda “Lamborghini” avtomobillərinə servis xidməti Bakıda həyata keçirilir.
“Bununla əlaqədar qonşu ölkələrdən bizə servis xidmətləri ilə bağlı çoxlu sayda müraciət olur. Hətta servisimizdə çalışan mütəxəssislər qonşu ölkəyə, misal üçün İrana “Lamborghini” avtomobillərin müayinəsini və təmirini həyata keçirmək üçün yollanmışdılar”.
Tehsil-press.az