ADMİU və BMA-nın professoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytəkin Həsənovanın "Əbədi işığa doğru" kitabının təqdimatı və xatirə gecəsi

ADMİU və BMA-nın professoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytəkin Həsənovanın 20 fevral tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytəkin Həsənovanın xatirə gecəsi keçirilib.
Bakı Musiqi Akademiyasının Böyük zalında baş tutan tədbiri giriş sözü ilə açan Aytəkin Həsənovanın qızı Aytac Qasımova tədbir qonaqlarını salamlayıb, anası ilə bağlı xatirələrini bölüşüb. “Əvəzedilməz insanlar olmur amma elə insanlar var ki, yaddaşlarda dərin iz buraxır. Öz səmimiliyi, mehribanlığı və insansevərliyi ilə əbədi olaraq ürəklərimizdə qalır. Yəqin mənim ilə bir çoxları razılaşar ki, anam məhz belə insanlardan olub” deyərək, Aytəkin xanımın ölümündən 5 il keçdiyini vurğulayıb.
Daha sonra BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, ADMİU-nun rektoru, professor Fərəh Əliyeva və Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə Aytəkin Həsənovanın sənətinə, peşəsinə çox bağlı insan olduğunu, bütün həyatını musiqiyə həsr etdiyini, yaradıcılıq sahəsində böyük uğurlara imza atdığını və pedaqoji fəaliyyəti ilə gənc nəslin yetişməsinə töhfələr verdiyini qeyd ediblər. Aytəkin Həsənovanın ifasında Vasif Adıgözəlovun “Konsert №2 (3-cü hissə)” əsərinin videomaterialı nümayiş olunub.
Fərhad Bədəlbəylinin “Prelüdiya”sını Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova, Vitold Lütoslavskinin “Paqanini mövzusunda variasiyalar”ını Aytəkin Həsənovanın tələbələri Sevinc Quluzadə və Elmira Hümbətova, Elnarə Dadaşovanın Aytəkin Həsənovaya həsr olunmuş “Ariya”sını Əməkdar artist Fəridə Məmmədova, eləcə də Fəqan Həsənli və Rəfiqə Quluzadə, İohan Sebastyan Baxın “Ariya”sını dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri, Arif Məlikovun “İki ürəyin dastanı” baletindən “Komdenin göz yaşları” kompozisiyasını beynəlxalq müsabiqələrin laureatı Ümidə Abbasova, Ferents Listin “İspan rapsodiyası”nı beynəlxalq müsabiqələrin laureatı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin İnstrumental ifaçılıq kafedrasının müdiri Səbinə Mehdiyeva, Frederik Şopenin “Noktürn”ünü Xalq artisti Murad Adıgözəl-zadə, Dmitri Şostakoviçin "Fortepiano, truba və orkestr üçün konsert"ini (3-4-cü hissələr) Xalq artisti Yeganə Axundova və Rövşən Quliyev, Eldar Babayev isə “Çiçəyin ətri” müəllif əsərini ifa ediblər. Bütün ifaçıları Aytəkin Həsənovanın tələbələri müşayiət edib.
Həmçinin tədbirdə Aytəkin Həsənovanın (1958-2012) xatirəsinə həsr edilən "Əbədi işığa doğru" kitabının təqdimatı keçirilib. Aytac Qasımova kitabın redaktoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyevaya və müəllifləri Universitetinin müəllimləri, Aytəkin Həsənovanın həmkarları Kamilə Dadaşzadə və Səbinə Mehdiyevaya çətin və səmərəli işə görə minnətdarlığını bildirib.

ADMİU-nun Mətbuat Xidməti


ADMİU və BMA-nın professoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytəkin Həsənovanın "Əbədi işığa doğru" kitabının təqdimatı və xatirə gecəsiADMİU və BMA-nın professoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytəkin Həsənovanın "Əbədi işığa doğru" kitabının təqdimatı və xatirə gecəsiADMİU və BMA-nın professoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytəkin Həsənovanın "Əbədi işığa doğru" kitabının təqdimatı və xatirə gecəsiADMİU və BMA-nın professoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytəkin Həsənovanın "Əbədi işığa doğru" kitabının təqdimatı və xatirə gecəsiADMİU və BMA-nın professoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytəkin Həsənovanın "Əbədi işığa doğru" kitabının təqdimatı və xatirə gecəsiADMİU və BMA-nın professoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytəkin Həsənovanın "Əbədi işığa doğru" kitabının təqdimatı və xatirə gecəsiADMİU və BMA-nın professoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytəkin Həsənovanın "Əbədi işığa doğru" kitabının təqdimatı və xatirə gecəsiADMİU və BMA-nın professoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytəkin Həsənovanın "Əbədi işığa doğru" kitabının təqdimatı və xatirə gecəsiADMİU və BMA-nın professoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytəkin Həsənovanın "Əbədi işığa doğru" kitabının təqdimatı və xatirə gecəsiADMİU və BMA-nın professoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytəkin Həsənovanın "Əbədi işığa doğru" kitabının təqdimatı və xatirə gecəsiADMİU və BMA-nın professoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytəkin Həsənovanın "Əbədi işığa doğru" kitabının təqdimatı və xatirə gecəsiADMİU və BMA-nın professoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytəkin Həsənovanın "Əbədi işığa doğru" kitabının təqdimatı və xatirə gecəsi

Oxşar xəbərlər