Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tanınmış yazıçının 80 illik yubileyi qeyd edilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tanınmış yazıçının 80 illik yubileyi qeyd edilib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bu ali məktəbin kafedra müdiri, professor, yazıçı, dramaturq və publisist, Əməkdar Jurnalist Aqşin Babayevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə tələbələrin ifasında A.Babayevin müəllifi olduğu şeirlər dinlənilib, musiqilər səslənib.
Tədbirdə universitetin rektoru, professor Fərəh Əliyeva Aqşin Babayevin bu ali məktəbdəki mövqeyindən danışıb, ona xoş arzularını çatdırıb.
Digər çıxış edənlər də yubilyarı təbrik edib, onun elmi-pedaqoji və yazıçılıq fəaliyyətindən söz açıblar.
A.Babayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

ADMİU-nun Mətbuat Xidməti


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tanınmış yazıçının 80 illik yubileyi qeyd edilib

Oxşar xəbərlər