“Məktəbəqədər təhsil: əsas istiqamətləri və perspektivləri” mövzusunda seminar keçirilib

“Məktəbəqədər təhsil: əsas istiqamətləri və perspektivləri” mövzusunda seminar keçirilib Vətəndaş cəmiyyətinin quruculuğu məktəbəqədər təhsildən başlayır

Aprelin 29-da Bakı Slavyan Universitetinin (BSU) İbtidai təhsil kafedrasının təşkilatçılığı ilə “Məktəbəqədər təhsil: əsas istiqamətləri və perspektivləri” mövzusunda seminar keçirilib. Seminarda çıxış edən İbtidai təhsil kafedrasının müdiri, dosent Aytəkin Axundova tədbirin mahiyyətindən danışaraq bildirib ki, məktəbəqədər təhsil ümumi təhsilin ilk pilləsi olaraq uşaqların kiçik yaş dövründən fiziki, psixi, intellektual inkişafının, istedad və qabiliyyətinin aşkarlanmasının, estetik hissi və zövqünün formalaşmasının təməlini qoyur. Məktəbəqədər təhsil müəsissələrində kiçikyaşlı uşaqlarda öz vətənləri haqqında ilkin təsəvvürlər yaratmaq təhsilimizin qarşısında duran vacib vəzifələrdəndir. Aytəkin Axundovanın sözlərinə görə, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Slavyan Universiteti bu müqəddəs işin həyata keçirilməsinin zəruriliyini nəzərə alaraq qarşıda gələn tədris ili üçün BSU-nun pedaqoji fakültəsinə məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə tələbə qəbuluna başlamağı qərara alıb. Qeyd edilib ki, bu işi respublikamızda bu istiqamətdə məşğul olan digər təhsil ocaqlarının təcrübəsindən yararlanaraq həyata keçirmək nəzərdə tutulub.
BSU-nun rektoru, professor Asif Hacıyev gələcək nəslin mənəvi tərbiyəsinin vacibliyindən danışıb. Rektor məktəbəqədər təhsilin inkişafının dövlət siyasətində əhəmiyyətli yer tutduğunu, Prezident İlham Əliyevin təhsil sahəsində keçirdiyi mühüm islahatları diqqətə çatdırıb. Asif Hacıyev İbtidai təhsil kafedrasının bu istiqamətdə fəliyyətini yüksək qiymətləndirib, seminarın işinə uğurlar arzulayıb.
Tədbirin davamında Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Məktəbəqədər təhsil şöbəsinin müdiri Laləzar Cəfərova “Müasir dövrdə məktəbəqədər təhsilin məzmunu və təşkili məsələləri”, ADPU-nun Məktəbəqədər təhsil, psixoloji xidmıt və korreksiyaedici təlim fakültəsinin dekanı Şəhla Əliyeva “Məktəbəqədər təhsil müəssisəsləri üçün kadr hazırlığı: problemlər və perspektivlər”, AMİ-nin Pedaqogika kafedrasının baş müəllimi Gülşən Eminova “Məkdəbəqədər təhsil sahəsində layihələr və perspektivlər”, BDU-nun Psixologiya kafedrasının müdiri Kəmilə Kazımova “Məktəbəqədər yaş dövründə uşaq şəxsiyyətinin formalaşdırılması şəraiti”, BSU-nun İbtidai kafedrasının dosenti Nülufər Sultanova “Məktəbəqədər musiqi tərbiyəsinin inkişaf istiqamətləri”, Bakı Qızlar Universitetinin Psixologiya kafedrasının baş müəllimi Aytən Əliyeva “Məktəbəqədər yaş dövrünün xüsusiyyətləri və problemləri” kimi mövzularda çıxış ediblər.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.

tehsil-press.az

Oxşar xəbərlər