Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı BSU-da tədbir keçirilib

Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı BSU-da tədbir keçirilib Bakı Slavyan Universitetində (BSU) Azərbaycanın görkəmli elm xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş “Azərbaycanın görkəmli elm xadimi Əziz Əliyev: dövrü, həyatı, şəxsiyyəti” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan tərbiyə işləri üzrə prorektor, f.ü.f.d Xanım Sultanova elmi-praktik konfransın Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı BSU-da nəzərdə tutulmuş silsilə tədbirlərin bir hissəsi olduğunu vurğulayıb. X. Sultanova respublikamızın səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr verən Əziz Əliyevin İkinci Dünya müharibəsi illərində apardığı işlərin mühüm əhəmiyyətindən söz açıb. Prorektor qeyd edib ki, Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Əziz Əliyevin adı ilə sıx bağlıdır.
Konfransda Əziz Əliyev barədə Tərcümə kafedrasının dosenti Leyla Əliyeva «Азиз Алиев Государственный деятель», beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının dosenti Şəhla Nuruzadə “Azərbaycanın görkəmli elm xadimi Əziz Əliyevin siyasi fəaliyyətinin Dağıstan dövrü”, Pedaqoji fakültənin tələbəsi Aydın Ağayev “Şərəfli ömür yolu”, Azərbaycan filologiyası və jurnalsitika fakültəsinin tələbələri Güləndam Məmmədli “Keçmişdən bu günə Əziz Əliyev”, İntizar Əlizadə “Əziz Əliyevin xatirəsinə”, filologiya və xarici dil müəllimliyi fakültəsinin tələbəsi Kamilə Xuduzadə “Tarixin səhifəsində, xalqın yaddaşında” adlı məruzlərlə çıxış ediblər.
Tədbirdə görkəmli alimin həyat yolunu əks etdirən video-çarx nümayiş olunub.
Konfransda çıxış edən İbtidai təhsil kafedrasının müdiri, dosent Aytəkin Axundova Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş esse müsabiqəsi barədə ətraflı məlumat verib. Onun sözlərinə görə esse müsabiqəsində BSU-da təhsil alan magistrantlar, bakalavrlar, o cümlədən BSU-nun Məktəb-Lisey Kompleksinin (MLK) şagirdləri iştirak ediblər. Esselər İbtidai təhsil kafedrasının əməkdaşlarından ibarət komissiya üzvləri tərəfindən şəffaf şəkildə yoxlanılıb. Sonda müasbiqəsinin qaliblərinə diplomlar təqdim olunub.
Esse müsabiqəsində birinci yeri BSU-nun magistrantı Könül Əlizadə, ikinci yeri jurnalistika fakültəsinin tələbəsi Kənan Qədirli, üçüncü yeri BSU-nun magistrantı Tamara Əliyeva qazanaraq diplomla təltif olunublar.

BSU-nun Mətbuat xidməti


Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı BSU-da tədbir keçirilib

Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı BSU-da tədbir keçirilib

Oxşar xəbərlər