ADMİU tələbələrinin 2 fevral Gənclər gününə həsr olunmuş konserti

ADMİU tələbələrinin 2 fevral Gənclər gününə həsr olunmuş konserti 2 fevral Gənclər günü Musiqi sənəti fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan “Rossostrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov gəncləri təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin dekanı, dosent Ellada Hüseynova, Estrada sənəti kafedrasının müdiri, dosent Məryəm Babayeva, İnstrumental ifaçılıq kafedrasının müdiri, dosent Səbinə Mehdiyeva, professor-müəllim heyətindən Humay Mansurova, Sevda Axundova, Rəşad Kazımov, Zəhra Qarayeva, Cəvahir Mustafayeva və tələbələr dəvət edilib.
Estrada sənəti, İnstrumental ifaçılıq və Xalq çalğı alətləri ifaçılığı kafedralarının I, II və III kurs tələbələri Leyla Fərəcova, Natiq Yusibov, Polad Murtuzayev, Aytən Cəbrayılova, Aysel Quliyeva, Elçin Əziyev, Tamerlan Təhməzov, Zəkiyə Qasımzadə, Nurlan Abdullazadə, Səidə Əliyeva, Yusif Məhərrəmov və Məhəmməd Məmmədlinin ifasında piano və vokal əsərləri ifa olunub. Gənc ifaçıların iştirakı ilə bayram konserti davam edib.

ADMIU-nun Mətbuat Xidməti


ADMİU tələbələrinin 2 fevral Gənclər gününə həsr olunmuş konsertiADMİU tələbələrinin 2 fevral Gənclər gününə həsr olunmuş konsertiADMİU tələbələrinin 2 fevral Gənclər gününə həsr olunmuş konsertiADMİU tələbələrinin 2 fevral Gənclər gününə həsr olunmuş konsertiADMİU tələbələrinin 2 fevral Gənclər gününə həsr olunmuş konsertiADMİU tələbələrinin 2 fevral Gənclər gününə həsr olunmuş konsertiADMİU tələbələrinin 2 fevral Gənclər gününə həsr olunmuş konsertiADMİU tələbələrinin 2 fevral Gənclər gününə həsr olunmuş konsertiADMİU tələbələrinin 2 fevral Gənclər gününə həsr olunmuş konserti

Oxşar xəbərlər