ATƏT Parlament Assambleyasının Vyanada keçirilən 16-cı qış sessiyasının ikinci günü qurumun siyasi məsələlər və təhlükəsizlik komitəsinin “ATƏT məkanında transmilli təhlükəsizlik: terrorizmlə mübarizə” mövzusunda iclası keçirilib.
Deputat Tahir Mirkişili çıxışında terrorizmin beynəlxalq sülh və təhlükəsizliyə əsas hədə olduğunu qeyd edib. Ermənistan nümayəndə heyəti tərəfindən Azərbaycana qarşı səsləndirilən əsassız və gülünc iddialara cavab olaraq, ATƏT PA üzvlərinin diqqətini Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsinə, minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına cəlb edib. O, Ermənistanın ölkəmizə qarşı aktiv hərbi təcavüzü gedişində terrordan bir vasitə kimi istifadə etdiyini və nəticədə minlərlə dinc sakinin öldürüldüyünü, mülki obyektlərə ciddi zərər vurulduğunu qeyd edib.
O bildirib ki, Ermənistanın hazırkı siyasi rəhbərliyinin birbaşa iştirakı ilə 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş insanlıq əleyhinə cinayət Ermənistanın qeyd edilən siyasətinin kulminasiya nöqtəsidir və bu cinayət Ermənistan prezidenti üçün vicdan ləkəsidir.
T.Mirkişili Ermənistanın dövlət səviyyəsində həyata keçirilən terror siyasətinin qarşısının alınmasının, cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsinin vacibliyini vurğulayıb. Beynəlxalq ictimaiyyəti Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması üçün bu ölkəyə lazımi sanksiyalar tətbiq etməyə çağırıb.
Tehsil-press.az