Meksikanın paytaxtı Mexiko şəhərinin ən nüfuzlu ingilis dilli mətbu orqanı olan The News qəzetində onun baş redaktoru Tereza Marqolisin “Qətliamı xatırlayaraq” başlıqlı Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş məqaləsi dərc olunub.
Müəllif Xocalı qətliamını yaxın tarixin ən fəlakətli və faciəvi hadisəsi adlandırır. O, təəssüflə qeyd edir ki, Xocalı adlanan bütöv bir şəhərin və onun günahsız sakinlərinin bir gecənin içində yer üzündən silinərək məhv edilməsinin Azərbaycan xalqı üçün daim yadda qalan dəhşətli xatirə olduğu bir zaman müasir tarixi əsər və nəşrlərdə bu faciəyə lazımi diqqət ayrılmır.
Məqalədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına təcavüzü zamanı Xocalı şəhərini tamamilə məhv etdikləri, yüzlərlə günahsız insan, o cümlədən uşaq, yaşlı və qadınların qəddarcasına qətlə yetirildiyi, minlərlə həmvətənlərimizin girov götürüldüyü qeyd edilir. 56 nəfərin xüsusi qəddarlıqla öldürüldüyü deyilir və burada törədilmiş misli görünməmiş vəhşiliklərdən bəhs edilir.
Vurğulanır ki, Ermənistan tərəfindən törədilmiş bu cinayətlər bütün bəşəriyyətə qarşı yönəlmişdir, belə ki, Erməni silahlı qüvvələrinin Xocalıda yeganə məqsədi bu şəhərin və onun əhalisinin yer üzündən silinməsi olub.
Müəllif Azərbaycan Respublikasının Meksikadakı Səfirliyinin Xocalı qətliamının qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirdiyini qeyd edərək, həmin tədbirin Meksika mətbuatı və yerli insan hüquqları qrupları tərəfindən lazımi qədər diqqət almadığından narazılığını bildirir.
Məqalədə Ermənistanın Xocalı qətliamına görə cavab verməsinə nail olmaq məqsədilə dünya ictimaiyyətinin qətiyyətli mövqe tutmalı olduğu vurğulanır.
Sonda beynəlxalq ictimaiyyətin Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və oradan qovulmuş bir milyondan artıq Azərbaycanlının doğma yurdlarına qaytarılması barədə tələblərə və beynəlxalq hüquq normalarına Ermənistanın məhəl qoymadığı bildirilir.
Təhsil-press.az