Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri tarixin ən dəhşətli və faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 25-ci ildönümü həsr olunmuş tədbirində iştirak ediblər.
Azərbaycan Mili İncəsənət Muzeyində “İncəsənət Ədalət Naminə” mövzusunda bədii kompozisiyalar yaradan gənc rəssamlar tablolarında bəşəriyyəti, dünya xalqlarını ədalətə, sülhə səsləyiblər. Eyni zamanda İrəli ictimai birliyinin üzvlərinin iştirakı ilə azərbaycanlı alim, tarixçi, Qafqaz Tarixi Mərkəzinin direktoru, Şimali Qafqaz üzrə YUNESKO-nun mənəvi ənənələri, mədəni xüsusiyyətləri və dinlərarası dialoq kafedrasının dosenti, Azərbaycan tarixi haqqında 250 publisistik məqalələrin müəllifi Rizvan Hüseynov ilə Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş diskussiya keçirilib.
Həmçinin, bu faciə ilə bağlı Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan əsərlərdən ibarət səyyar sərgi təşkil edilib.
Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edən rus və fransız moda tarixçisi, sənətşünas Aleksandr Vasilyev “İncəsənət Ədalət Naminə” mövzusunda gənc rəssamaların yaratdıqları əsərlərə tamaşa edib. Heydər Əliyev Fondu və “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasının hazırladığı prezentasiya ziyarətçilərimiz böyük marağına səbəb olub. Tədbirin iştirakçıları, yerli və xarici ziyarətçilərimizə, eyni zamanda muzeyin fəxri qonaqlarına “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasının təmin etdiyi promo materialları təqdim edilib.

ADMİU-nun Mətbuat Xidməti