Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "ROMEO VƏ CULYETTA" TAMAŞASI

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sabah” qrupları III kurs “Aktyor sənəti” ixtisası tələbələrinin ifasında, kurs rəhbəri, rejissor Nofəl Vəliyevin rəhbərliyi ilə hazırladıqları V.Şekspirin “Romeo və Culyetta” faciəsi növbəti dəfə Səda Tədris Teatrında tamaşaçılara təqdim olunub.
Tamaşaya “Elm çırağı” İctimai Birliyi və “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası”nın üzvləri, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Dövlət Gömrük Komitəsi Akademiyası və Milli Aviasiya Akademiyasında təhsil alan tələbələr də dəvət olundular. Yaradıcı heyət tərəfindən böyük ruh yüksəkliyi, təbii və mahircəsinə ifa olunan tamaşa gənclərə böyük təsir bağışladı. Elm və sənət adamları, ziyalılar tamaşadan sonra yekdilliklə həmin heyətin repertuarının zənginləşdirilməsi və hazırlanan tamaşaların xarici ölkələrin müxtəlif səhnələrində də oynanılmasını tövsiyə etdilər.

ADMİU-nun Mətbuat Xidməti


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "ROMEO VƏ CULYETTA" TAMAŞASIAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "ROMEO VƏ CULYETTA" TAMAŞASIAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "ROMEO VƏ CULYETTA" TAMAŞASIAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "ROMEO VƏ CULYETTA" TAMAŞASI

Oxşar xəbərlər