Milli İncəsənət Muzeyində “Reinkarnasiya” adlı sərgi açılacaq

Milli İncəsənət Muzeyində “Reinkarnasiya” adlı sərgi açılacaq Azərbaycan Milli İncəsənət Muzeyində gənc rəssamların sənət əsərlərindən ibarət “Reinkarnasiya” adlı sərgi açılacaq.

Muzeydən tehsil-press.az-a bildirilib ki, sənət ocağının 80 illik yubileyi çərçivəsində təşkil olunacaq sərgi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq. Sərgidə muzeyin fəaliyyətində yenilik olan növbəti innovativ layihədə müasir Azərbaycan rəssamlarının muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada təqdim edilən məşhur rəssam və heykəltəraşların əsərləri əsasında yaratdıqları “reinkarnasiya” (ruhun yenidən qayıdışı) olunmuş avanqard üslublu əsərlər nümayiş olunacaq. Vernisajda rəssamlar Elşən Sərxanoğlu, Məmməd Rəşidov, Vüqar Quliyev, Aydın Əsgərov, Elşən Karaca, Emin Qəhrəmanov tərəfindən 15-dək rəngkarlıq və 5 heykəltəraşlıq əsəri yeni interpretasiyada, müasir baxış konteksində sərgilənəcək. Əsas kimi götürülən əsərlərin müəllifləri arasında dünya incəsənətinin Yan Stik, İvan Ayvazovski, Jan Fraqonar, Smitri Antonelli, Pyotr Vereşagin, Cozef Bernar və Fransua Larşe kimi klassikləri və dünya təsviri incəsənətinin digər görkəmli nümayəndələri yer alıb. Bu layihə artıq bir ənənə halını alaraq, şəhərimizin digər muzeylərində də keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər