Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 1-də Səhiyyə Nazirliyinin Bakıdakı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun binasının əsaslı təmirdən sonra açılışında iştirak edib.
Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə Azərbaycanın Birinci vitse-prezidentinə məlumat verdi.
Bildirildi ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 2013-cü ildə başlanılan əsaslı təmir işləri yüksək səviyyədə həyata keçirilib. Ümumi ərazisi bir hektara yaxın olan İnstitutun ətrafında geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılıb. Binanın əsas korpusunda qəbul şöbəsi, hər biri 20 çarpayılıq olmaqla ambulator-diaqnostika, hamiləliyin patologiyası və ginekologiya şöbələri fəaliyyət göstərir. İnstitutun mamalıq şöbəsində isə ümumilikdə 16 çarpayı var. Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsi 10 çarpayıdan ibarətdir və zəruri avadanlıqla təchiz edilib. Vaxtından əvvəl doğulmuşların şöbəsində 10, yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsində isə 15 çarpayı var. Tibb müəssisəsində şüa diaqnostika şöbəsi, laboratoriya və müasir səviyyədə qurulmuş əməliyyat bloku da yaradılıb. Tibb müəssisəsinin bütün otaqları müasir avadanlıq və zəruri inventarla təchiz edilib.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda ən yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hərtərəfli şərait var. Burada yaradılan şərait bir daha sübut edir ki, Azərbaycan dövləti gələcəyimiz olan körpələrin sağlam doğulması, onların anadan olduqları andan etibarən zəruri tibbi xidmətlərlə təmin edilməsi istiqamətində mühüm addımlar atır. Ümumilikdə, Azərbaycanda səhiyyənin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi dövlətimizin daim diqqət mərkəzində saxlanılır. Son illərdə ölkədə səhiyyə xidmətinin ən müasir səviyyəyə çatdırılması, bu sahənin daha da təkmilləşdirilməsi, müasir tibb ocaqlarının inşası və mövcud tibb müəssisələrinin əsaslı bərpası bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda poliklinika korpusu, mətbəx və camaşırxana da var.
Müəssisə ilə tanış olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tibb işçilərinə uğurlar arzuladı.