Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.
Əvvəlcə bu elm müəssisəsinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli gündəlikdəki məsələlər barədə məlumat verib, 2 fevral - Gənclər Günü münasibətilə gənc alimləri təbrik edib.
Ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından söz açan akademik Azərbaycanda gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib, bu siyasətin hazırda dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Rəhbərlik etdiyi institutun gənc əməkdaşlarının elmi tədqiqat sahəsindəki nailiyyətlərindən danışan İ.Həbibbəyli vurğulayıb ki, akademiyada çalışan gənc alim və mütəxəssislər bir sıra uğurlara imza atırlar.
Sonra Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Eşqanə Babayevanın təmsil etdiyi elmi-tədqiqat müəssisəsinin gənc alimlərinin ötən ildəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov Ədəbiyyat İnstitutunun gənc elmi işçilərinin ötən ildəki fəaliyyətlərini yüksək dəyərləndirib.
Tədbirdə 2 fevral - Gənclər Günü münasibətilə və ötən ilin yekunlarına əsasən institutun bir neçə əməkdaşına “İlin gənc alimi” diplomu, döş nişanı və hədiyyələr təqdim edilib.
İclasda gündəlikdəki digər məsələlər də müzakirə olunub.

AMEA-nın Mətbuat Xidməti