Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Direktorlar Şurası Trans Anadolu Boru Kəməri (TANAP) layihəsinin inşası üçün 600 milyon ABŞ dollar kreditin ayrılması ilə bağlı qərar qəbul edib.
AİİB-in mətbuat xidmətinin verdiyi məlumata görə, bu Bankın Dünya Bankı Qrupu ilə maliyyələşdirdiyi multi-maliyyələşmənin bir hissəsidir.
Direktorlar Şurasının bu gün keçirilən iclasında TANAP da daxil olmaqla ümumilikdə 9 layihəyə 1,73 mlrd. dollar kredit ayrılıb.
AİİB-in vitse-prezidenti və investisiyalar üzrə baş meneceri Dj Pandian deyib ki, TANAP enerji bazarında əsas oyunçuların aktivliyini artıracaq:
"TANAP Asiya ilə Avropa arasında enerji infrastrukturunun möhkəmlənməsinə, Azərbaycanın iqtisadi gücünün daha da artmasına təsir edəcək. Hansı ki, Azərbaycan Türkiyənin və bir sıra Cənubi Avropa ölkələrinin enerji təhlükəsizliyində əsas rol oynayır".
Tehsil-press.az