Azərbaycan qadını tarix boyu həmişə öz ağlı və zəkası,isməti və fədakarlığı,çalışqanlığı və mərdliyi,vətənpərvərliyi,millətinə,torpağına olan hədsiz məhəbbəti və xalqımızın milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır.Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışdır.Fədakar maarifpərvər qadınlarımız yüz illərdən bəri formalaşmış,milli dəyərlərə sadiq qalmış ,ana dilimizin,mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha yüksəlmiş və fəalliyətləri genişlənmişdir.Dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunan Azərbaycan qadınları milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş,ölkəmizin sosial-iqtisadi ,intelektual-mədəni potensialının artırılması üçün dəyərli töhvələr vermişlər.Elm və təhsil,səhiyyə və mədəniyyət ,həmçinin digər sahələrdə qazandıqları uğurları ilə böyük nüfuz qazanmışlar.
Ümummilli liderimiz Heydər Əliyev cəmiyyətin əsas dayaqlarından olan Azərbaycan qadınının zəhmətini,fəaliyyətini çox yüksək qiymətləndirərək demişdir: ’’Qadın bəşərə yaraşıq,zinət,insanlığa şərəf,şan-şöhrətdir. Qadın ucalıq,ülvilik məbədidir,ismət,qeyrət ,qüdrət rəmzidir’’.
Bu gün qadınlarımıza xas olan, nəciblik, insansevərlik, vətənpərvərlik, mərhəmətlilik kimi gözəl əxlaqi keyfiyyətlər Azərbaycanın birinci xanımı,Heydər Əliyev Fondunun prezidenti,YUNESKO və İSESKO –nun xoşməramlı səfiri,millət vəkili Mehriban Əliyevanın simasında təcəssüm olunur.Mehriban xanım bir örnək kimi bütün dünyaya sübu edir ki,Azərbaycan qadını eyni zamanda həm gözəl ana ,həm də fəal ictimai xadimdir. Məhz onun bu günlərdə yüksək posta-ölkəmizin birinci vitse-prezidenti təyin edilməsində məhz onun bu yüksək posta layiq olduğunun bariz nümunəsidir.Onu qeyd edim ki,Mehriban xanım Əliyevanın geniş əhatəli fəaliyyəti tarixdə yaşamış nəcib,fədakar qadınlarımızın ibrətamiz həyatının,missiyasının yeni formada davamıdır.Dövlətçiliyimizin möhkəmlənməsində,gəncliyin yetişib-formalaşmasında,milli-mənəvi irsimizə,mədəniyyətimizə,təhsilin,səhiyyənin inkişafına qayğı göstərməsi birinci xanımın şəxsində maarifpərvər,vətənpərvər imicinin formalaşmasına səbəb olmuşdur.
Mehriban Əliyevanın şərəfli həyat yolu,dövlətçiliyimizin qorunması və möhkəmlənməsində göstərdiyi fədakar çalışmaları,vicdanlı əməyi dövlətin birinci xanıma güvəncini,etimadını artırdı.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədriliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında ölkə başçısının Fondun fəaliyyəti,eləcə də Mehriban Əliyevanın səylərinin,çalışmalarının böyük uğurlara gətirib çıxardığı məqamlara diqqət yetirilməsilə bağlı söylədiyi fikirlər bizi düşündürməyə bilməz: ’’Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın,hesab edirəm ki,regionun ən böyük və ən nüfuzlu ictimai təşkilatına çeviilmişdir.Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.Fondun təşəbbüsü ilə bir çox önəmli lahiyələrə, proqramlara start verilmişdir.Onların arasında ‘’Yeniləşən Azərbaycana yeni məktəb ‘’proqramı xüsusi qeyd edilməlidir.Məhz bu proqramın başlanması nəticəsində son 13 il ərzində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir.Digər layihələr ölkəmizin hərtərəfli inkişafına xidmət göstərmişdir.Heydər Əliyev Fondunun xətti və dəstəyi ilə minlərlə insan tibbi müalicə ilə təmin edilmişdir”.
Söz yox ki, bu gün mənəvi sərvətlərimizin,xüsusən də kökü çox dərinlərə işləmiş muğam sənətimizin dünyada tanınması,təbliğ olunması və sevilməsi məhz Mehriban xanımın bu sahəyə göstərdiyi diqqəti sayəsində olunmuşdur.Uşaqların ,yeniyetmə gənclərin,gənc istedadlarını Vətən və xalq üçün yetişməsi və tərbiyə olunması onun humanist və xeyirxah missiyasının aparıcı xəttidir.Bu ,vətənə ,xalqa xidmətin ən bariz nümunəsidir.
Heydər Əliyev Fondu nəinki irimiqyaslı,möhtəşəm layihələri həyata keçirib,hətta fəaliyyət göstərdiyi illərdə ölkənin həm daxildə ,həm də xaricdə vüsətli inkişafına,böyük nüfuz qazanmasına, yeni dünya cəmiyyətinin öndə olan ölkələrindən birinə çevrilməsinə öz fəaliyyətilə güclü dəstək olmuşdur.Bu,ən çox insan faktoruna ali münasibəti ,ölkəmizin beynəlxalq arenada layiq olduğu mərtəbədə qərarlaşması ilə dəyərli olmuşdur.
Mehriban Əliyevanın bütün çıxışları,müsahibələri özünün zənginliyi,dərin məzmunu , yenilikçi düşüncəsi ilə böyük maraq doğurur.O,Azərbaycanın milli-mənəvi dəyərlərini,mədəniyyətini,ölkəmizin özünə məxsusluğunu,özəlliklərini,dünya cəmiyyətində böyük fədakarlığa,uğurla təbliğ edir.Qədim ənanələrimizlə bağlı olan multikultural dəyərləri ,tolerantlığı başqa ölkələrdə əməlli işləri ilə nümayiş etdirir.Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki,Mehriban xanım ora qayğı göstərməsin.Xalqın social-mədəni həyatının inkişafında onun xidmətləri misilsizdir.Gələcəyin sahibi olan balalarımızı yetişdirmək ,ailəyə,Vətənə bağlılıq duyğuları aşılamaq ,gəncliyə yol açmaq,onları vətənpərvər ruhda tərbiyə etmək-budur Mehriban xanımın istəyi.Bu gün bütün Azərbaycan xalqı Prezidentimiz cənab İlham Əliyevin təyinatına ürəkdən sevinir və Mehriban xanıma uğurlar diləyir.Mən də rəhbərlik etdiyim təhsil ocağının kollektivi adından Mehriban xanıma böyük uğurlar və bunların qazanılmasında cansağlığı arzuluyuram!
8 Mart- eyni zamanda gözəllik,xoşbəxtlik bayramıdır.Üzümü güclü,dözümlü olduğu qədər də incə olan, zərif ,gözəl Azərbaycan xanımlarına tutub deyirəm: <<Hər zaman çöhrənizdən təbəssüm,sevinc həyatınızdan səadət əskik olmasın,üzünüz gülsün ,könlünüz şad olsun>>.Böyük ədibimiz Hüseyn Cavidin təbirincə desək: –Qadın gülərsə,dünyamız güləcək.
Bayramınız mübarək,əziz xanımlarımız!

Fatimə Quliyeva,
Bakı Biznes və Kooperasiya Kollecinin direktoru,
Riyaziyyat üzrə fəlsəfə doktoru