Ərdoğan Avropa haqqında: “Onlar şərəfsizlik nümayiş etdirir”

Ərdoğan Avropa haqqında: “Onlar şərəfsizlik nümayiş etdirir” “Avropa İttifaqı ilə münasibətlərin yenidən baxılması gündəmdə qalmaqdadır. Lakin hazırda ən önəmli məsələ 16 aprel Konstitusiyaya dəyişiklik üzrə referendumdur”.

Bunu “A Haber” telekanalının efirində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
“Mənim Avropa İttifaqı ilə bağlı fikirlərim bəllidir. Avropa əvvəlki kimi bizim başımızı aldadır. Onlar şərəfsizlik nümayiş etdirir. Qaçqınlara görə vədlər vermişdilər, 6 milyard avrodan danışırdılar. Gələn 750 milyon oldu. Viza rejiminin liberallaşdırılması məsələsi də eyni, 2016-cı ilin sonunda qüvvəyə minməli idi, o da olmadı”, - deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti həmçinin Niderlandda türkiyəli nazirlərin çıxışlarının yasaqlandığına görə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyini deyib.

Tehsil-press.az

Oxşar xəbərlər