Almaniya Türkiyəyə bildirdi ki...

Almaniya Türkiyəyə bildirdi ki... Almaniya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi bildirib ki, Avropa İttifaqı (Aİ) ölkələri ilə viza rejiminin sadələşdirilməsi üçün Ankara tərəfindən 72 ohdəliyə əməl edilməlidir.

Tehsil-press.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Martin Şefer bəyan edib.
O deyib ki, viza rejiminin liberallaşdırılması üçün bütün şərtlər Türkiyə tərəfindən yerinə yetirilməlidir.
Daha əvvəl Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu Almaniyanın "Frankfurter Allgemeine Zeitung" qəzetinə bəyan edib ki, Avropa İttifaqı ilə viza rejimi liberallaşdırılmasa, rəsmi Ankara qaçqınların qaytarılması haqqında (18 mart tarixində Aİ ilə imzalanıb) sazişin icrasından imtina etməyə məcbur olacaq.


Tehsil-press.az

Oxşar xəbərlər