Türkiyə qaçqınlarla bağlı Avropa İttifaqı (Aİ) ilə razılaşmalara yenidən baxa bilər. Bunu Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Ömər Çelik deyib.
Nazir bildirib ki, qaçqınların Avropadan geri qəbulu, Türkiyə ilə viza rejiminin aradan qaldırılması, eləcə də miqrantları yerləşdirdiyi üçün bu ölkəyə 3 milyard avronun ayrılması kimi məsələlərin yer aldığı razılaşmalara Aİ əməl etmir. Bu səbəbdən də Türkiyənin qurum qarşısında heç bir öhdəliyi yoxdur.
Nazirin sözlərinə görə, indiyə qədər Türkiyənin qaçqın siyasəti sadəcə insanlıq prinsipinə əsaslanıb. Amma bundan sonra problemə, xüsusilə də qaçqınların quru yolu ilə Avropaya keçməsi məsələsinə yenidən baxılmalıdır.
Qeyd edək ki, türkiyəli nazir bu bəyanatı Niderlandla yaşanan son gərginlik fonunda verib.
Tehsil-press.az