Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissələrdə keçirilən “Açıq qapı” günündə iştirak edib

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissələrdə keçirilən “Açıq qapı” günündə iştirak edib Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən martın 20-də hərbi hissələrdə “Açıq qapı” günü tədbiri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Təhsil-press.az-a bildiriblər ki, naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Puta qəsəbəsində yerləşən hərbi hissənin ərazisində ucaldılan ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub və ehtiramlarını ifadə ediblər.
Sonra nazir əsgər valideynləri və yaxınları ilə görüşərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər, yeni inşa edilən hərbi şəhərciklər və digər məsələlər barədə söhbət edib.
Ziyarətçilər hərbi hissədə əsgərlərin yaşayış və məişəti üçün yaradılan şəraitlə tanış olaraq xidməti və inzibati binaları gəzib, bayram münasibətilə təşkil edilən konsert proqramında iştirak etdikdən sonra əsgər yeməkxanasında nahar ediblər.
Keçirilən tədbirdən və hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitdən məmnun qalan valideynlər dövlətimizin başçısına Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissələrdə keçirilən “Açıq qapı” günündə iştirak edib
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissələrdə keçirilən “Açıq qapı” günündə iştirak edib
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissələrdə keçirilən “Açıq qapı” günündə iştirak edib
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissələrdə keçirilən “Açıq qapı” günündə iştirak edib

Təhsil-press.az

Oxşar xəbərlər