İlham Əliyev açılışda - General raport verdi

İlham Əliyev açılışda - General raport verdi Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib.

Tehsil-press.az-ın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov İlham Əliyevə raport verib.
Dövlət başçısı əvvəlcə Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub.
Ali Baş Komandan hərbi şəhərciyin rəmzi açılışını bildirən lenti kəsib, hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub.
Sonra dövlət başçısı hərbi qulluqçularla görüşüb.

Tehsil-press.az

Oxşar xəbərlər