Beş milyon avropalı bu əsrin sonunadək daşqınlar səbəbindən evsiz qala bilər.
Təhsil-press.az-ın məlumatına görə, Avropa Komissiyasının tədqiqat mərkəzinin bir qrup mütəxəssisi bu qənaətə gəlib. Alimlər xəbərdarlıq edib ki, qlobal istiləşmənin davam etməsi Şimal və Baltik dənizlərinin səviyyəsinin qalxmasına səbəb olacaq. Nəticədə Avropanın şimal sahilləri su altında qala bilər.
Qeyd edək ki, son on il ərzində Avropada bir neçə böyükmiqyaslı daşqın baş verib. 2016-cı ildə Reyn, Dunay, Sena çaylarının səviyyəsi kəskin artıb.
Təhsil-press.az