“Putin Azərbaycanın şimalını və... Dağıstanı tutmaq istəyir!”

“Putin Azərbaycanın şimalını və... Dağıstanı tutmaq istəyir!” Fransanın “Les Echos” qəzeti Rusiya prezidenti Vladimir Putinin “eksponsionist səyləri” haqda məqalə dərc edib və belə görünür ki, bu məsələdə çox irəli gedib.

Tehsil-press.az xəbər verir ki, qəzet Putinin Krımdan sonra “Dağıstanı tutmağa hazırlaşdığını” yazıb. Heç nəzərə almayıb ki, Dağıstan onsuz da Rusiyanın tərkib hissəsidir və Putinin onu təzədən hücum edib tutmaq planı ən azından bu səbəbə məntiqli deyil.
Qəzet yazır ki, 2017-ci ildə Gürcüstanın separatçı Cənubi Osetiya regionu referendum keçirib Rusiyanın tərkibinə qayıda bilər. “Dnestryanı bölgənin rusdilli əhalisi də regionun Rusiyaya birləşməsinin tərəfdarıdır”-“Les Echos” yazır.
Müəllif daha sonra Rusiyanın “Dağıstanı ilhaq etmək planlarını” açıqlayır. “Rusiyanın 1996-cı ildə ilhaq etməyə cəhd göstərdiyi Dağıstan Putinin yeni hədəfi ola bilər”-Fransa nəşri bildirir.
“Putin Azərbaycanın şimalını və... Dağıstanı tutmaq istəyir!”
Rusiya 1996-cı ildə Dağıstanda Şamil Basayevin başçılıq etdiyi silahlı birləşmələrə və digər yerli radikal yaraqlılara qarşı müharibə aparıb. Lakin bu, Rusiyanın Dağıstanı ilhaq etmək cəhdi deyildi və fransalı jurnalist görünür nəzərə almayıb ki, Dağıstan əslində Rusiya Federasiyasının subyektidir. “Les Echos” yazır ki, Krımın Rusiyaya birləşdirilməsi əslində dünyanın diqqətini Dağıstanın ilhaqından yayındırmaq məqsədi güdə  bilərdi. “Daha da çox ehtimal olunandır ki, Putin Krım ətrafında vəziyyətin kəskinləşməsi ilə dünyanın diqqətini digər hədəflərindən-Dnestryanından, Cənubi Osetiyadan və Dağıstandan yayındırmaq istəyirdi”-qəzett bildirir.
Fransa nəşri bir qədər də irəli gedərək yazır ki, Rusiya Azərbaycanın şimal-şərqini, Qaraqalpaqıstanı (Özbəkistanın vilayəti) və Qazaxıstanın şimalını da ilhaq edə bilər.
Məqalənin müəllifi coğrafi bilikləri aşağı olan jurnalist deyil, Avstraliyanın Kvinslend universitetində geosiyasət üzrə dərs deyən fransalı dosent Vasili Jonnides de Lanturdur...
“Les Echos” qəzeti isə 1908-ci ildən nəşr olunur, ən yaşlı Fransa nəşrlərindən biridir...

Tehsil-press.az

Oxşar xəbərlər