Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Dağıstan Dövlət Texniki Universiteti ilə əməkdaşlıq edəcək

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Dağıstan Dövlət Texniki Universiteti ilə əməkdaşlıq edəcək Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Rusiya Federasiyasının Dağıstan Dövlət Texniki Universitetinin nümayəndə heyəti ilə görüş olub.
Görüşdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyətindən, qazanılan uğurlardan danışıb. Rektor, eyni zamanda, Fransız-Azərbaycan Universiteti (UFAZ) haqqında ətraflı məlumat verib.
Görüşdən məmnunluğunu bildirən Dağıstan Dövlət Texniki Universitetinin neft-qaz fakültəsinin dekanı, dosent Milada Maqomedova universitetlər arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Sonra iki universitet arasında əməkdaşlıq üzrə plan hazırlanması və bu plan üzrə birgə fəaliyyət göstərilməsi barədə razılıq əldə olunub.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər