Azərbaycana külli miqdarda tütün məmulatı keçirmək istəyən qaçaqmalçılar yaxalanıb

Azərbaycana külli miqdarda tütün məmulatı keçirmək istəyən qaçaqmalçılar yaxalanıb Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə Sərhəd idarəsinin əməkdaşları Rusiyadan Azərbaycana külli miqdarda tütün məmulatı keçirmək istəyən qaçaqmalçıları saxlayıb.

Təhsil-press.az-ın məlumatına görə, idarənin mətbuat xidmətində bildiriblər ki, Dərbəndin cənub-şərqdində dəniz akvatoriyasında içində 2 Rus vətəndaşı olan gəmi saxlanılıb. Sərhəd xidmətinin əməkdaşlarının gəminin sənədlərinin yoxlanılması üçün qanuni tələblərinə baxmayaraq, onlar gəmini saxlamayıblar.
"Gəminin təqibi gedişində qaçaqmalçılar qara paketlərə qablaşdırılmış qutuları suya atırdılar. Məlum oldu ki, o qutularda təxminən 3 min blok Rusiya Federasiyasının aksiz markası olmayan "NZ gold compact" siqaretləri olub", - məlumatda deyilir. Faktla bağlı hazırda yoxlama aparılır.

Təsil-press.az

Oxşar xəbərlər