Ermənilər Şuşanın Gövhər Ağa Məscidində qazıntı işləri aparırlar

Ermənilər Şuşanın Gövhər Ağa Məscidində qazıntı işləri aparırlar İşğal altında olan Şuşa şəhərinin Yuxarı Məscidində qazıntı və təmizləmə işlərinə başlanılıb.

Təhsil-press.az-ın verdiyi xəbərə görə, işləri “Şərq tarixi irsinin dirçəlişi fondu" aparır.
“Tarixi mühitin qorunması xidməti” dövlət müəssisənin direktoru Marat Şahmaryanın sözlərinə görə, işlər 20-25 gün davam edəcək.
“Xarici mütəxəssislərin köməyi lazım olmayıb. Ekspedisiya işləri tarix elmləri namizədi Njde Yeranyanın rəhbərliyi altında aparılır. Abidə həm hərbi münaqişə nəticəsində, həm də hava şəraitindən zərər çəkib”, - deyə o bildirib.
Yuxarı Məscid ermənilər tərəfindən fars məscidi kimi təqdim olunur.
Qeyd edək ki, Gövhər Ağa Cümə məscidi kimi tanınan Yuxarı Məscidin inşasına 1768-ci ildə Qarabağ xanı İbrahim xanın göstərişi əsasında başlanıb. Lakin sonradan məscidin inşası dayanıb. Məscidin tikintisi İbrahim xanın varisi Gövhər Ağa memar Kərbəlayi Səfi xan Qarabağinin köməyi ilə yalnız 1883-cü ildə yekunlaşdırılıb.
Sovet dövründə məscidin binasında tarixi-arxeoloji muzey fəaliyyət göstərib.
Azərbaycan müstəqillik əldə etdikdən sonra məscid fəaliyyətini bərpa edib.

Təhsil-press.az

Oxşar xəbərlər